Şirkətimiz təcrübəli komandası ilə insan resurlarının idarə edilməsində qarşılaşdığınız problemlərdə sizə lazım olan dəstəyi göstərməyə hazırdır.
Biz müəssisələrə xərclərin və vaxtın səmərəliliyini artırmaqda, işçilər üçün xidmətləri yaxşılaşdırmaqda köməklik edirik.
Şirkətimizin təklif etdiyi insan resursları fəaliyyətləri:
- Müəssisənin insan resurslarının idarə edilməsinin auditi və mövcud qanunvericiliyə uyğun tənzimlənməsi;
- Əmək müqavilələrinin hazırlanması;
- Xəstəlik vərəqələrinin işlənilməsi;
- Görülən işlərin elektron hökumət portalında qeydiyyatı;
- Son haqq-hesabların hesablanması;
- Məzuniyyət cədvəllərinin hazırlanması;
- Məzuniyyətlərin hesablanması;
- Ezamiyyə və ezamiyyədən irəli gələn sənədləşmənin aparılması;
- Şəxsi işlərin formalaşdırılması;
- Əmək kitabçalarının tərtib edilməsi və doldurulması;
- Əmrlərin tərtib edilməsi ( işə qəbul, işdən çıxarılma, məzuniyyət və s. )
- Ştat cədvəllərinin və məzuniyyət qrafiklərinin tərtib edilməsi;
- Əməkhaqqı tabellərinin izlənilməsi;
- Kadr uçotuna aid digər proseslərin icrasına nəzarət;